Avropa Parlamentinin sədri: "Brexit"in dayandırılması mümkündür"

Avropa Parlamentinin sədri: "Brexit"in dayandırılması mümkündür" Antonio Tayani: "Böyük Britaniya seçkilərdən sonra 50-ci maddəni geri çağırmaq istəyərsə, prosedur çox aydındır"
Digər ölkələr
21 Aprel , 2017 09:39
Avropa Parlamentinin sədri: Brexitin dayandırılması mümkündür

Bakı. 21 aprel. REPORT.AZ/ Avropa Parlamentinin rəhbəri Antonio Tayani Böyük Britaniyanın istəyəcəyi təqdirdə "Brexit" prosesinin ləğv edilə biləcəyini açıqlayıb.

"Report" xəbər verir ki, o, bunu "The Guardian" müsahibəsində bildirib.

A.Tayaninin fikrincə, iyunun 8-də Birləşmiş Krallıqda keçiriləcək seçkilərdə ölkənin Aİ-nin tərkibində qalmasının tərəfdarlarının qalib gəlməsiylə hökumət dəyişərsə, "Brexit" təşəbbüsü asanlıqla dayandırıla bilər.

"Böyük Britaniya seçkilərdən sonra 50-ci maddəni geri çağırmaq istəyərsə, prosedur çox aydındır", -deyə Avropa Parlamentinin sədri vurğulayıb. 

Onun sözlərinə görə, Britaniya Aİ-də qalmaq istəsə, bu, hamının xeyrinə olardı.

Son xəbərlər

Orphus sistemi