Bakı. 17 fevral. REPORT.AZ/ Avropa Parlamenti (AP) Avropa İttifaqının (Aİ) mərkəziləşdirilməsi, Aİ-nin maliyyə naziri postunun və ümumi Avropa ordusunun yaradılması səyləri haqqında qətnaməni təsdiq edib.
"Report" BBC-yə istinadən xəbər verir ki, sənəd Belçikanın sabiq baş naziri və Brexit-ə görə danışıqlar üzrə məsul şəxs Qi Verxofstadt tərəfindən təklif olunub.
Qətnamənin lehinə 283 avrodeputat səs verib, 269 deputat sənədin əleyhinə çıxıb, 83 nəfər bitərəf qalıb.