Avropa Parlamenti Xuan Quaydonu Venesuelanın qanuni rəhbəri kimi tanıyıb

Avropa Parlamenti Xuan Quaydonu Venesuelanın qanuni rəhbəri kimi tanıyıb Bakı. 31 yanvar. REPORT.AZ/ Avropa Parlamenti Avropa İttifaqı ölkələrinə özünü Venesuela Prezidenti elan etmiş müxalifət lideri Xuan Quaydonun qanuni rəhbər kimi tanınması ilə bağlı çağırış bəyannaməsini qəbul edib.
Digər ölkələr
31 Yanvar , 2019 16:30
Avropa Parlamenti Xuan Quaydonu Venesuelanın qanuni rəhbəri kimi tanıyıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Avropa Parlamenti Avropa İttifaqı ölkələrinə özünü Venesuela Prezidenti elan etmiş müxalifət lideri Xuan Quaydonun qanuni rəhbər kimi tanınması ilə bağlı çağırış bəyannaməsini qəbul edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, 439 nəfər sənədin lehinə, 104-ü isə əleyhinə səs verib, 88 nəfər neytral qalıb.

"Qərar qəbul olundu. Elan edirəm ki, Avropa Parlamenti Quayondonu Venesuelanın qanuni Prezidenti kimi tanıdı. Avropa Parlamenti bunu edən ilk Avropa institutu oldu", - deyə iclasda Avropa Parlamentinin sədri Antonio Tayani bildirib.

Xatırladaq ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo yanvarın 23-də Karakasda mitinq zamanı özünü Prezident elan edib.

Son xəbərlər

Orphus sistemi