Avropa Parlamenti oktyabrın 23-də Avropa Komissiyasının yeni tərkibinin təyin olunması ilə bağlı səs verəcək

Avropa Parlamenti oktyabrın 23-də Avropa Komissiyasının yeni tərkibinin təyin olunması ilə bağlı səs verəcək Avropa Parlamenti (AP) oktyabrın 23-də Strasburqda keçiriləcək plenar iclasda mandatı noyabrın 1-də başlayacaq Avropa Komissiyasının yeni tərkibinin təyin olunması ilə bağlı səs verəcək.
Digər ölkələr
12 Sentyabr , 2019 16:52
Avropa Parlamenti oktyabrın 23-də Avropa Komissiyasının yeni tərkibinin təyin olunması ilə bağlı səs verəcək

Avropa Parlamenti (AP) oktyabrın 23-də Strasburqda keçiriləcək plenar iclasda mandatı noyabrın 1-də başlayacaq Avropa Komissiyasının yeni tərkibinin təyin olunması ilə bağlı səs verəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə AP-nin sədri David Sassoli Brüsseldə baş tutan mətbuat konfransında bildirib.

"Oktyabrın 23-də Strasburqda keçiriləcək plenar iclasda səsvermə olacaq. Yeni avrokomissarların təyin olunması üzrə səs verəcəyik", - o deyib.

Daha əvvəl Avropa Komissiyasının (AK) yeni seçilmiş sədri Ursula fon der Lyayen Avropa İttifaqı Şurası tərəfindən ona təqdim edilmiş AK üzvlərinin siyahısı layihəsinə razılıq verib.

Son xəbərlər

Orphus sistemi