Avropa Parlamenti fraksiya rəhbərinin deputat toxunulmazlığını ləğv edib

Avropa Parlamenti fraksiya rəhbərinin deputat toxunulmazlığını ləğv edib Marin Le Penin toxunulmazlığının götürülməsi ilə bağlı müraciət Fransa tərəfindən göndərilib
Digər ölkələr
2 Mart , 2017 15:58
Avropa Parlamenti fraksiya rəhbərinin deputat toxunulmazlığını ləğv edib

Bakı. 2 mart. REPORT.AZ/ Brüsseldə Avropa Parlamenti Milli Cəbhə Partiyasının lideri və "Millətlərin və azadlıqların Avropası" parlament fraksiyasının rəhbəri Marin Le Penin deputat toxunulmazlığının ləğv edilməsinə səs verib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, Marin Le Pen Fransada Nanter prokurorluğunun siyasətçinin "Twitter" səhifəsində İŞİD vəhşiliklərini əks etdirən fotoşəkillər yerləşdirməsi ilə əlaqədar başlatdığı istintaqda fiqurantdır.

M.Le Penin toxunulmazlığının götürülməsi ilə bağlı müraciət Fransa tərəfindən göndərilib. Amma ekspertlərin fikrincə, Avropa Parlamentinin qərarı siyasətçinin prezidentliyə namizəd kimi statusuna təsir etməyəcək.

Son xəbərlər

Orphus sistemi