Avropa liderləri Yunanıstan böhranını bu gün bir daha müzakirə edəcək

Avropa liderləri Yunanıstan böhranını bu gün bir daha müzakirə edəcək Toplantı iştirakçıları ümid edirlər ki, bu həftə Yunanıstana dair təkliflər paketi təsdiqlənəcək
Digər ölkələr
24 İyun , 2015 07:26
Avropa liderləri Yunanıstan böhranını bu gün bir daha müzakirə edəcək

Bakı. 24 İyun. REPORT.AZ/ Yunanıstanı borclarına görə defoltdan qorumaq istiqamətində sövdələşməyə nail olmaq üçün Avrozona liderləri bu gün Brüsseldə növbədən kənar toplantı keçirəcəklər.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, toplantı iştirakçıları ümid edirlər ki, bu həftə Yunanıstana dair təkliflər paketi təsdiqlənəcək.

Yalnız həmin paket dəstəkləndikdən sonra Aİ liderləri Yunanıstan hökümətinə 7.2 milyard avro məbləğində son kredit tranşının ayrılmasına razılıq verə bilərlər.

Almaniya kansleri Angela Merkel ötən gün bəyan edib ki, Yunanıstanın son təkliflərində "müəyyən irəliləyiş" var. Lakin o, vaxtın daraldığını qeyd edərək daha çox işin görülməsinin vacibliyini də vurğulayıb.

Qeyd edək ki, Yunanıstan iyun ayının sonunadək Beynəlxalq Valyuta Fondundan götürdüyü €1.6 milyard borcu odəməlidir. Bu baş verməsə, ölkə avrozonanı və ola bilsin ki, Aİ-nı tərk etməli olacaq.

Son xəbərlər

Orphus sistemi