Yuxarı

Avropa Komissiyası Qrenlandiya məsələsində Danimarkanı dəstəkləyib

​Avropa Komissiyası Qrenlandiya məsələsində Danimarkanı dəstəkləyib

Avropa Komissiyası Qrenlandiyanın satılması ideyasının müzakirəsindən imtina edən Danimarka hökumətini dəstəkləyib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Nataşa Berto jurnalistlərə bildirib.

"Qrenlandiya məsələsində Avropa Komissiyası Danimarkanın baş naziri və Qrenlandiya hökuməti tərəfindən bildirilən mövqeyi tam dəstəkləyir", - deyə o qeyd edib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı almaq istədiyini rəsmi şəkildə bəyan edib. Qeyd olunur ki, ABŞ Qrenlandiyanı 10 trilyon dollar məbləğində qiymətləndirib.

Danimarkanın baş naziri Mette Frederiksen Birləşmiş Ştatların Qrenlandiyanı almaq ideyasını müzakirə etmək istəmədiyini açıq şəkildə bildirəndən sonra isə D.Tramp Danimarkaya səfərini təxirə salıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi