Avropa Komissarı: "Serbiya 2025-ci ildə Aİ-yə qoşula bilər"

Avropa Komissarı: "Serbiya 2025-ci ildə Aİ-yə qoşula bilər" Bakı. 16 noyabr. REPORT.AZ/ Serbiya 2023-cü ildə Avropa İttifaqına (Aİ) daxil olmaqla bağlı danışıqları başa çatıracağı təqdirdə, 2025-ci ildə İttifaqa üzv ola bilər.
Digər ölkələr
16 Noyabr , 2017 16:49
Avropa Komissarı: Serbiya 2025-ci ildə Aİ-yə qoşula bilər

Bakı. 16 noyabr. REPORT.AZ/ Serbiya 2023-cü ildə Avropa İttifaqına (Aİ) daxil olmaqla bağlı danışıqları başa çatıracağı təqdirdə, 2025-ci ildə İttifaqa üzv ola bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han Avropa İttifaqı-Serbiya Assosiasiyası Şurasının iclasının yekununda bildirib.

"Komissiya bu proses üzərində hər gün işləyir, 2025-ci ildə Avropa İttifaqına daxil olmaq istəyi çox ambisiyalıdır, amma deməliyəm ki, hamı əlindən gələni edərsə və prosesdə iştirak edərsə, bu, mümkündür", - Y.Han vurğulayıb.

Onun sözlərinə görə, 2025-ci ildə Aİ-yə üzv olmaq üçün 2023-cü ildə bütün hazırlıq işlərini və danışıqları tam yekunlaşdırmaq lazımdır: "Çünki sonradan üzv ölkələrdə, Serbiyada, Avropa Parlamentində danışıqlar prosesi başlayacaq. Odur ki, danışıqların bitməsindən üzv qəbul edilməyə qədər olan proses üçün zaman lazımdır".

Öz növbəsində, Serbiyanın baş naziri Ana Brnabiç Serbiya tərəfinin dekabr ayında müzakirələr üçün yeni səhifələrin açılacağına ümid etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi