​Avropa komissarı: "Aİ 2017-ci ildə türklər üçün viza rejimini ləğv edə bilər"

​Avropa komissarı: "Aİ 2017-ci ildə türklər üçün viza rejimini ləğv edə bilər" Əgər Ankara sərhəd nəzarətini, biometrik pasportların verilməsini həyata keçirərsə, Türkiyə vətəndaşları 2017-ci ildən Aİ-yə vizasız gedə biləcəklər
Digər ölkələr
26 Sentyabr , 2015 17:59
​Avropa komissarı: Aİ 2017-ci ildə türklər üçün viza rejimini ləğv edə bilər

Bakı. 26 sentyabr. REPORT.AZ/ Aİ 2017-ci ildən Türkiyə vətəndaşları üçün vizaları ləğv edə bilər.

Bu barədə "Report" xarici KİV-lərə istinadən xəbər verir.

"Mənim fikrimcə, əgər lazımi şərtlərə əməl olunarsa, Türkiyə vətəndaşları üçün Şengen ölkələrinə daxil olmaq üçün viza rejiminin iki ildən sonra ləğv edilməsi mümkündür", - 26 sentyabr şənbə günü Almaniyanın həftəlik Welt am Sonntag nəşrinə müsahibəsində Aİ-nin Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han bildirib.

Vizanın ləğv edilməsi şərtləri arasında, o, sərhəd nəzarətinin həyata keçirilməsi, biometrik pasportların verilməsi, eləcə də Şengen ölkələrinə daxil olmaq üçün istifadə olunan saxta sənədlərin müəyyən edilməsi istiqamətində Aİ ilə Ankaranın əməkdaşlıq etməsini qeyd edib.

Son xəbərlər

Orphus sistemi