Yuxarı

Avropa İttifaqının "Brexit" üzrə təcili sammiti noyabrın 25-də keçiriləcək

Avropa İttifaqının "Brexit" üzrə təcili sammiti noyabrın 25-də keçiriləcək

Bakı. 15 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçılarının Böyük Britaniyanın Aİ-dən çıxmasına həsr olunmuş təcili sammiti noyabrın 25-də keçiriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının başçısı Donald Tusk Brüsseldə təşkil edilən mətbuat konfransında bildirib.

"Sammit notabrın 25-də, saat 09:30-da keçiriləcək", - o deyib.

Qeyd edək ki, dünən Böyük Britaniya hökuməti "Brexit"in şərtləri ilə bağlı Avropa İttifaqı ilə saziş layihəsini təsdiqləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi