Avropa İttifaqı: Vahid Avropa ordusu yaratmaq təklif olunur

Avropa İttifaqı: Vahid Avropa ordusu yaratmaq təklif olunur Avropa Komissiyasının sədri Jean-Claude Juncker vahid Avropa odrusunun yaradılması təklifini irəli sürüb
Digər ölkələr
8 Mart , 2015 15:29
Avropa İttifaqı: Vahid Avropa ordusu yaratmaq təklif olunur

Bakı. 8 mart. REPORT.AZ/ Avropa Komissiyasının sədri Jan-Clod Yunker vahid Avropa odrusunun yaradılması təklifini irəli sürüb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Yunkerin fikrincə, həmin ordudan, əgər bu ideya gerçəkləşərsə, o cümlədən, Rusiyanın yaratdığı təhlükələrin də öhdəsindən gəlmək üçün istifadə oluna bilər.

Aİ-nin vahid ordusu onun qənaətincə, "vahid ümumi xarici siyasətin qurulmasında və Avropa təhlükəsizlik siaysətini bütün dünyada həyata keçirməyə imkan verəcək".

Yunker hesab edir ki, Avropa Ittifaqı bu addımla öz dəyərlərinin müdafiəsində möhkəm dayandığının Rusiyaya anlada bilərdi.

Avropa Komissiyasının sədrinin bu fikri ilə Bundestaqın Xarici İşlər üzrə komitəsinin sədri Norbert Röttgen də razıdır: "Vahid Avropa ordusunun yaradılması barədə düşünmək vaxtı çatıb".

Son xəbərlər

Orphus sistemi