​Avropa İttifaqı Ukraynaya 260 milyon avro kredit tranşı ayırıb

​Avropa İttifaqı Ukraynaya 260 milyon avro kredit tranşı ayırıb Kredit borcu 4 Oktyabr 2024-cü il tarixində bağlanmalıdır
Digər ölkələr
15 Noyabr , 2014 06:57
​Avropa İttifaqı Ukraynaya 260 milyon avro kredit tranşı ayırıb
Bakı. 15 noyabr. REPORT.AZ/ Ukrayna Avropa İttifaqından 260 milyon avro məbləğində ikinci və üçüncü kredit tranşını alıb.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, borclanma dərəcəsi 1,375% təşkil edir. Kredit borcu 4 Oktyabr 2024-cü il tarixində bağlanmalıdır.

250 mln. avro məbləğində növbəti kredit tranşının 2015-ci ilin fevral ayında Ukraynanın Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq proqramı və bir sıra əlavə kriteriyaların icrası üzrə nəticələrə görə veriləcəyi gözlənilir.

Kiyevə yardım proqramında məqsəd "Ukrayna iqtisadiyatının yaşadığı hazırki ağır dövrdə bu ölkəyə iqtisadi və maliyyə dəstəyi" göstərməkdir.

Son xəbərlər

Orphus sistemi