“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının bu gün yaydığı açıqlamasında bildirilir.
“Bu gün Şura Suriya rejiminə və onun tərəfdarlarına qarşı sanksiyaların şamil olunduğu şəxslərin və təşkilatların siyahısına 8 tanınmış iş adamının və onlara bağlı olan 2 təşkilatın adlarını əlavə edib”, - məlumatda qeyd olunub.