Avropa İttifaqı şəxsi istifadə üçün ət və süd idxalını qadağan edib

Avropa İttifaqı şəxsi istifadə üçün ət və süd idxalını qadağan edib Bakı. 17 may. REPORT.AZ/ Avropa İttifaqında (Aİ) üçüncü ölkələrdən şəxsi istifadə üçün heyvan mənşəli məhsulların idxalına məhdudiyyətlər qoyulub.
Digər ölkələr
17 May , 2018 17:44
Avropa İttifaqı şəxsi istifadə üçün ət və süd idxalını qadağan edib
0 : 00
0 : 00

Bakı. 17 may. REPORT.AZ/ Avropa İttifaqında (Aİ) üçüncü ölkələrdən şəxsi istifadə üçün heyvan mənşəli məhsulların idxalına məhdudiyyətlər qoyulub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Litvanın gömrük xidmətindən bildiriblər.

Məlumata görə, Aİ-yə üçüncü ölkələrdən şəxsi istifadə üçün ət və ət məhsulları (salo, təzə və ya emal edilmiş ət, quş əti, yağ, kolbasa, ət konservləri, ətli un məmulatları, ətli souslar və şorbalar), süd və ya süd məhsulları, tərkibində ət və ya süd olan ev heyvanları yemi idxal etmək yasaqdır. Qadağa heyvanların Afrika taununa (ASF) yoluxmasının qarşısını alması məqsədilə qüvvəyə minib.

Qeyd olunur ki, məhdudiyyətlər Andorra, Lixtenşteyn, Norveç, San Marino, İsveçrə kimi ölkələrə tətbiq edilmir.

Məhdudiyyətlərdə istisna hal olaraq körpələr üçün südlü qidalar da var.

Son xəbərlər

Orphus sistemi