Avropa İttifaqı ofşor ölkələrin "qara siyahısı"nı yeniləyib

Avropa İttifaqı ofşor ölkələrin "qara siyahısı"nı yeniləyib Adları "qara siyahı"da olan ölkələr Aİ fondlarına çıxışlarını itirə bilərlər
Digər ölkələr
5 Dekabr , 2017 17:52
Avropa İttifaqı ofşor ölkələrin qara siyahısını yeniləyib

Bakı. 5 dekabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) ölkələrinin maliyyə nazirləri 17 ofşor ölkənin daxil olduğu "qara siyahı"nı təsdiq edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Fransanın maliyyə naziri Bruno Le Mer bildirib.

Siyahıya Amerika Samoası, Bəhreyn, Barbados, Qrenada, Quam, Cənubi Koreya, Makao, Marşall adaları, Monqolustan, Namibiya, Palau, Panama, Sent Lusiya, Samoa, Trinidad və Tobaqo, Tunis və Birləşmiş Ərəb Əmirlikləri daxildir.

Nazirin sözlərinə görə, digər 47 yurisdiksiya hazırda Aİ standartlarına cavab verməyən, lakin vergi qaydalarını dəyişdirməyə öhdəlik götürən ölkələrin daxil olduğu ictimai "boz siyahı"ya daxil edilib.

Adları "qara siyahı"da olan ölkələr Aİ fondlarına çıxışlarını itirə bilərlər. Digər mümkün əks-tədbirlər yaxın həftələrdə müəyyən olunacaq.

Son xəbərlər

Orphus sistemi