Avropa İttifaqı bu il iyunun 15-dən rouminqi ləğv edəcək

Avropa İttifaqı bu il iyunun 15-dən rouminqi ləğv edəcək Aİ Şurası pulsuz rouminq xidmətinə keçidi təsdiqləyib
Digər ölkələr
25 Aprel , 2017 17:53
Avropa İttifaqı bu il iyunun 15-dən rouminqi ləğv edəcək

Bakı. 25 aprel. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Şurası iyunun 15-dən etibarən bütün Birlik ərazisində avropalı istifadəçilər üçün pulsuz rouminq xidmətinə keçidi təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının kommünikesində bildirilir.

Belə ki, iyunun 15-dən etibarən mobil telefon istifadəçiləri Aİ üzvü olan digər ölkələrə səyahət edərkən heç bir əlavə ödəniş olmadan, mobil operatorun öz tariflərinə uyğun zəng edə, mesaj yollaya və ya şəbəkədə axtarış edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi