Avropa İttifaqı "Brexit"i 2020-ci ilədək təxirə sala bilər

Avropa İttifaqı "Brexit"i 2020-ci ilədək təxirə sala bilər Bakı. 17 yanvar. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Böyük Britaniyanın birlikdən çıxışını 2020-ci ilə qədər təxirə salma ehtimalını nəzərdən keçirir.
Digər ölkələr
17 Yanvar , 2019 02:44
Avropa İttifaqı Brexiti 2020-ci ilədək təxirə sala bilər

Bakı. 17 yanvar. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Böyük Britaniyanın birlikdən çıxışını 2020-ci ilə qədər təxirə salma ehtimalını nəzərdən keçirir.

"Report" " The Times" nəşrinə istinadən xəbər verir ki, bu, Almaniya və Fransanın Londonda yaranmış siyasi böhranla əlaqədar danışıqların müddətini uzatmağa hazır olmaları barədə bəyanatlarından sonra mümkün olub.

Ötən gün Britaniya deputatları "Brexit" şərtlərinə dair sazişin əleyhinə səs veriblər. İcmalar Palatasının 202 üzvü sənədin lehinə, 432-si isə əleyhinə səs verib.

Son xəbərlər

Orphus sistemi