Yuxarı

Atlantik okeanında 6.2 maqnituda gücündə zəlzələ olub

Bakı. 15 fevral. REPORT.AZ/ Atlantik okeanının şimal hissəsində 6.2 bal gücündə zəlzələ olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri 3,9 min nəfərin yaşadığı Floriş adasındakı Laziş-daş-Floriş (Portuqaliya) bələdiyyəsinin 617 km cənub-qərbində qeydə alınıb. Zəlzələnin mərkəzi 10 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan olunmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi