Yuxarı

Atlantik okeanı üzərində "Mariya" tropik fırtınası formalaşıb

Atlantik okeanı üzərində "Mariya" tropik fırtınası formalaşıb
Hazırda fırtına Kiçik Antil adalarından təqribən min km aralıdadır

Bakı. 17 sentyabr. REPORT.AZ/ Atlantik okeanı üzərində, Karib dənizi hövzəsi yaxınlığında "Mariya" tropik fırtınası formalaşıb.

"Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğa Xəbərdarlıqları Mərkəzi məlumat yayıb.

Mərkəz ekspertlərinin məlumatına görə, hazırda fırtına Kiçik Antil adalarından təqribən min km aralıdadır və saatda 32 km sürətlə qərbə doğru irəliləyir.

Meteoroloqların proqnozuna görə, "Mariya" gələn həftənin əvvəlinə qədər qasırğaya qədər güclənəcək.

Həmçinin qeyd olunur ki, həftənin ortalarınadək qasırğa Virgin və Puerto-Riko adalarına çata bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi