​ATƏT: "Ukraynanın cənub-şərqində beş mindən çox adam öldürülüb"

​ATƏT: "Ukraynanın cənub-şərqində beş mindən çox adam öldürülüb" On mindən çox insan xəsarət alıb, bir milyon sakin evini tərk edib
Digər ölkələr
22 Yanvar , 2015 14:40
​ATƏT: Ukraynanın cənub-şərqində beş mindən çox adam öldürülüb

Bakı. 22 yanvar. REPORT.AZ/ 2014-cü ilin aprelindən Ukraynanın cənub-şərqində beş mindən çox adam öldürülüb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ATƏT-in Ukraynadakı missiyasının təmsilçisi Maykl Botsürkiv deyib.

Onun sözlərinə görə, on mindən çox insan xəsarət alıb, bir milyon sakin evini tərk edib, 5 milyona yaxın insanın vəziyyətlə bağlılığı olub.

"Vesti Ukrayna" radiosuna müsahibəsində o, "vəziyyətin ağırlaşdığını" da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi