ATƏT sədri Ukraynada monitorinq missiyasının atəşə tutulması ilə bağlı insidenti araşdırmağa çağırıb

ATƏT sədri Ukraynada monitorinq missiyasının atəşə tutulması ilə bağlı insidenti araşdırmağa çağırıb Didye Burkxalter baş verənlərdən narahat olduğunu bildirib
Digər ölkələr
27 Noyabr , 2014 18:12
ATƏT sədri Ukraynada monitorinq missiyasının atəşə tutulması ilə bağlı insidenti araşdırmağa çağırıb

Bakı. 17 noyabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Xarici İşlər Federal Departamentinin rəhbəri Didye Burkxalter Ukraynada monitorinq missiyasının atəşə tutulması ilə bağlı insidenti araşdırmağa çağırıb. "Report" xəbər verir ki, D.Burkxalter baş verənlərdən çox narahat olduğunu bildirib. 

"Müşahidəçilərin hərəkət təhlükəsizliyi və azadlığı təmin olunmalıdır. Əks təqdirdə onlar öz mandatlarını yerinə yetirə və baş verənləri müşahidə edib məruzə edə, eləcə də həmin böhranda tərəflər arasında dialoqu təmin edə bilməyəcəklər", - ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatında deyilir. 

Qeyd edək ki, noyabrın 26-da 40 dövlətdən olan mülki heyətdən ibarət ATƏT missiyasının müşahidəçiləri Donetskdən təxminən 50 km şimal-şəqrdə atəşə məruz qalıb, ancaq xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi