ATƏT-in baş katibi: "İlin əvvəlindən Donbasda 140 dinc sakin ölüb"

ATƏT-in baş katibi: "İlin əvvəlindən Donbasda 140 dinc sakin ölüb" Son həftə ərzində atəşkəs rejimi 4 min dəfə pozulub
Digər ölkələr
25 Aprel , 2017 21:58
ATƏT-in baş katibi: İlin əvvəlindən Donbasda 140 dinc sakin ölüb

Bakı. 25 aprel. REPORT.AZ/ 2017-ci ilin əvvəlindən Donbasdakı münaqişə zonasında 140 dinc sakin həyatını itirib.

"Report" xəbər verir ki, bunu ATƏT-in baş katibi Lamberto Zanyer "Valday" beynəlxalq diskussiya klubunun meydançasında çıxışı zamanı bildirib.

"Biz Donbasda dinc sakinlərin həyat şəraiti və təhlükəsizliyindən çox narahatıq. Cari ilin əvvəlindən münaqişə zonasında 140 mülki şəxs ölüb", - deyə o bildirib.

Baş katibin sözlərinə görə, müşahidəçilər təkcə son bir həftə ərzində təxminən dörd min atəşkəs rejiminin pozulmasını qeydə alıblar.

"Biz vəziyyətin pisləşdiyini və münaqişənin get-gedə daha çox siyasiləşdirildiyini müşahidə edirik", - deyə Zanyer qeyd edib.

Son xəbərlər

Orphus sistemi