Yuxarı

Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər

Asteroid bir neçə il sonra Yerlə toqquşa bilər

Bakı. 18 yanvar. REPORT.AZ/ "Apofis" asteroidi 2068-ci ilYer kürəsinə düşə bilər.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu xəbərdarlıqla Peterburq Dövlət Universitetinin alimləri çıxış ediblər.

Universitetin mütəxəssisləri bildiriblər ki, asteroidi Yer kürəsi ilə toqquşa bilər. Alimlərin sözlərinə görə, asteroid artıq 2029-cu ildə planetimizin təbii peyki olan Ayla məsafədən 10 dəfə yaxın olacaq.

Asteroidin Yer kürəsi ilə dəqiq təyin edilmiş ən sıx yaxınlaşması 13 aprel 2029-cu ildə baş tutacaq. Məlumata görə, həmin vaxt planetimizlə səma cismi arasında məsafə cəmi 38 min kilometr olacaq.

Qeyd edək ki, bu asteroidə qədim Misirin şər və dağıtma "Allahı"nın şərəfinə "Apofis" adı verilib. 

Daha əvvəl NASA başqa bir asteroidin ətrafına tədqiqat peyki çıxarıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi