Yuxarı

Astana danışıqlarının iştirakçıları Suriyada 4 deeskalasiya zonasının yaradılmasına dair sənədləri razılaşdırıb

Astana danışıqlarının iştirakçıları Suriyada 4 deeskalasiya zonasının yaradılmasına dair sənədləri razılaşdırıb
Suriyanın İdlib vilayətində daha bir deeskalasiya zonasının yaradılması üzərində iş gedir

Bakı. 15 sentyabr. REPORT.AZ/ Suriya üzrə danışıqların iştirakçıları Astana danışıqlarının yekunu olaraq birgə bəyanat hazırlayıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bəyanatda tərəflərin Suriyada dörd deeskalasiya zonası yaratmaqla bağlı razılığa gəldikləri göstərilib.

Qeyd edək ki, hazırda Suriyada üç hərbsizləşdirilmiş zona var: Homs şəhərinin şimalında, Dəməşq ətrafındakı Şərqi Quta rayonunda və Suriya ilə İordaniya sərhədində (Dərya vilayətində).

Bundan əlavə, İdlib vilayətində daha bir deeskalasiya zonasının yaradılması üzərində iş gedir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi