Culian Assanj kompüter şəbəkəsini dağıtmağa hazırlıqda ittiham olunur

Culian Assanj kompüter şəbəkəsini dağıtmağa hazırlıqda ittiham olunur Bu gün Londonda saxlanılan WikiLeaksin yaradıcısı Culian Assanj barəsində ABŞ-ın Ədliyyə Departamenti tərəfindən cinayət işi başlanılıb.
Digər ölkələr
11 Aprel , 2019 18:12
Culian Assanj kompüter şəbəkəsini dağıtmağa hazırlıqda ittiham olunur

Bu gün Londonda saxlanılan "WikiLeaks"in yaradıcısı Culian Assanj barəsində ABŞ-ın Ədliyyə Departamenti tərəfindən cinayət işi başlanılıb.

“Report” “Thje Quardian”a istinadən xəbər verir ki, Virciniya Şərq Dairəsi federal prokurorları tərəfindən irəli sürülən iddiaya əsasən, C.Assanj keçmiş hərbi kəşfiyyat əməkdaşı Çelsi Manninqlə birgə Müdafiə Departamentinin şifrəsini sındırmaq məqsədilə “kompüter haklamaq üçün sui-qəsd”də ittiham olunur.

Şifrəni sındırmaqla onlar hökumətin məxfi kompüter şəbəkəsinə daxil olaraq hərbi və diplomatik sənədləri "WikiLeaks"ə sızdıra bilərdilər.

Bu ittihamla C.Assanj 5 ilədək müddətinə həbs cəzasına məhkum oluna bilər.

Son xəbərlər

Orphus sistemi