AŞPA-nın yeni rəhbəri oktyabrın 9-da seçiləcək

AŞPA-nın yeni rəhbəri oktyabrın 9-da seçiləcək O, Strasburqda keçiriləcək açıq sessiyasında gizli səsvermə ilə seçiləcək
Digər ölkələr
7 Oktyabr , 2017 21:16
AŞPA-nın yeni rəhbəri oktyabrın 9-da seçiləcək

Bakı. 7 oktyabr. REPORT.AZ/ Avropa Şurası parlament Assambleyasının (AŞPA) yeni sədri bazar ertəsi, oktyabrın 9-da seçiləcək.

"Report" xəbər verir ki, bu barədə məlumat AŞPA-nın saytında yerləşdirilib.

"Sədr assambleyanın prosedur qaydalarına uyğun olaraq AŞPA-nın oktyabrın 9-da Strasburqda keçiriləcək açıq sessiyasında gizli səsvermə ilə seçiləcək", - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, yeni rəhbər 22-26 yanvar 2018-ci il tarixlərində Strasburqda keçiriləcək növbəti sessiyanın açılışınadək öz postunu tutacaq.

Son xəbərlər

Orphus sistemi