Yuxarı

AŞPA-nın vitse-prezidenti: "Aqramuntun təşkilatın adından bəyanat verməyə haqqı yoxdur"

Rocer Geyl: AŞPA-nın prezident Pedro Aqramunta etibarı yoxdur
© Council of Europe

Bakı. 28 Aprel. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt təşkilatın adından bəyanat verə və səfərlərdə iştirak edə bilməz.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Assambleyanın vitse-prezidenti, AŞPA-da Britaniya nümayəndə heyətinin rəhbəri Rocer Geyl Assambleyanın nizamnamə orqanı - Büronun iclasından sonra bildirib.

"Gördüyünüz kimi, Aqramunt bu gün Büroya rəhbərlik etməyib, onun yoxluğunda bunu mən öz üzərimə götürdüm", - deyə o bildirib.

R.Geyl həmçinin bildirib ki, Büronun AŞPA prezidentinə etibarı qalmayıb. “O, təşkilatın adından bəyanat verə və səfərlərdə iştirak edə bilməz", - Britaniya nümayəndə heyətinin rəhbəri bildirib.

Onun sözlərinə görə, Avropa Şurası və AŞPA-nın prinsipləri və düzgünlüyü təşkilatın ayrı-ayrı üzvlərindən daha vacibdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi