Yuxarı

AŞPA-da Milli Məclisin deputatının hazırladığı hesabat əsasında qətnamə qəbul edilib

AŞPA-da Milli Məclisin deputatının hazırladığı hesabat əsasında qətnamə qəbul edilib
Qətnamənin lehinə 39 nəfər səs verib

Strasburq. 25 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində "Hərbi münaqişələrdən zərər çəkən uşaqların qorunması" adlı qətnamə qəbul edilib.

"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, qətnamə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Assambleyanın Sosial Məsələlər, Sağlamlıq və Davamlı İnkişaf Komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri Sevinc Fətəliyevanın hazırladığı hesabat əsasında qəbul edilib.

Qətnamədə silahlı münaqişələrdə uşaqların zorakılığa və ölümə məruz qalan həssas qrup olduğu, onların silahlı münaqişələrdə iştiraka məcbur edildiyi qeyd olunub.

Qətnamədə həm münaqişələrin mövcud olduğu ölkələrdə, həm də münaqişə ərazilərindən qaçıb gedən insanları qəbul edən ölkələrdə sosial yardımın, uşaqlar və ailələr üçün iqtisadi, sosial imkanların yaxşılaşdırılması proqramlarının, eləcə də digər vasitələrlə uşaqların dəstəklənməsi mexanizmlərinin gücləndirilməsi tövsiyə edilir.

Qətnamənin lehinə 39 nəfər səs verib, 2 nəfər bitərəf qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi