Venesuela dəniz sərhədini bağlayıb və uçuşları dayandırıb

Venesuela dəniz sərhədini bağlayıb və uçuşları dayandırıb Bakı. 20 fevral. REPORT.AZ/ Venesuelanın vitse-prezidenti Delsi Rodriqes bildirib ki, ölkə Aruba, Boneyr və Kyurasao adaları ilə dəniz sərhədini bağlayır, həmçinin həmin ada ölkələrinə bütün uçuşları dayandırır.
Digər ölkələr
20 Fevral , 2019 22:39
Venesuela dəniz sərhədini bağlayıb və uçuşları dayandırıb

Bakı. 20 fevral. REPORT.AZ/ Venesuelanın vitse-prezidenti Delsi Rodriqes bildirib ki, ölkə Aruba, Boneyr Kyurasao adaları ilə dəniz sərhədini bağlayır, həmçinin həmin ada ölkələrinə bütün uçuşları dayandırır.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Rodriqesin sözlərinə görə, bu tədbirlər ona görə lazımdır ki, ada hökumətləri beynəlxalq hüququ izləməyə və ona hörmət etməyə başlasınlar.

"Venesuela təkcə sərhədlərini bağlamağa yox, həm də həmin ölkələrlə münasibətləri təkrar gözdən keçirməyə qərar verib", - deyə Rodriqes əlavə edib.

O, qeyd edib ki, bu tədbirlər qeyri-müəyyən müddətə uzana bilər.

Daha əvvəl Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, ölkəsinə hərbi müdaxilə baş verərsə, dünya xalqlarının onlara kömək edəcəyi qənaətindədir.

Son xəbərlər

Orphus sistemi