Yuxarı

Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 134 nəfərə çatıb

Artıq 120 cəsədin şəxsiyyəti müəyyənləşdirilib
© Foto: "Reuters"

Bakı. 4 fevral. REPORT.AZ/ Braziliyanın cənub-şərqindəki Minas-Jerays ştatındakı dağ-mədən şirkətinə məxsus bəndin dağılması nəticəsində ölənlərin sayı 134 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Globo" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, 120 cəsədin şəxsiyyəti müəyyənləşdirilib. Hadisə zamanı həmçinin daha 199 nəfər itkin düşüb.

Hakimiyyət orqanları qeyd ediblər ki, sağ qalanların tapılması şansı azdır. Hadisə zamanı dağ-mədən şirkətinin binası və yaşayış evləri dağılıb.

Daha əvvəl bildirilirdi ki, dağ-mədən şirkətinə məxsus bəndin dağılması nəticəsində 121 nəfər həyatını itirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi