Arizona ştatında son 104 ilin ən güclü qar yağıntısı qeydə alınıb - VİDEO

Arizona ştatında son 104 ilin ən güclü qar yağıntısı qeydə alınıb - VİDEO Bakı. 23 fevral. REPORT.AZ/ ABŞ-ın cənubunda yerləşən Arizona ştatının Flaqstaff şəhərində 104 il ərzində ən güclü qar yağıntısı qeydə alınıb.
Digər ölkələr
23 Fevral , 2019 06:44
Arizona ştatında son 104 ilin ən güclü qar yağıntısı qeydə alınıb - VİDEO

Bakı. 23 fevral. REPORT.AZ/ ABŞ-ın cənubunda yerləşən Arizona ştatının Flaqstaff şəhərində 104 il ərzində ən güclü qar yağıntısı qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, şəhər aeroportunda qar örtüyünün qalınlığı 35,9 düym (91,1 sm) təşkil edib.

Halbuki 1915-ci ildə həmin bölgədə yağan qarın qalınlığı 31 düym, yəni 78,74 santimetr təşkil etmişdi.

Şəhərdə təbii fəlakətlə bağlı fövqəladə vəziyyət rejimi tətbiq edilib. Arizona Nəqliyyat Departamenti “Twitter”dəki səhifəsində yolların nə vaxt açılacağı barədə heç təxmini ehtimal da söyləməyin mümkün olmadığını bildirərək ştatın şimal bölgəsinə getməmək tövsiyəsi verib.

Polisin məlumatına görə, son 24 saat ərzində qarın içində batıb qalmış avtomobil sürücülərindən 400-dək yardım müraciəti gəlib.

Son xəbərlər

Orphus sistemi