Argentinanın sabiq prezidenti korrupsiyada ittiham olunur

Argentinanın sabiq prezidenti korrupsiyada ittiham olunur Kristina Fernandes bu ittihamları rədd edib
Digər ölkələr
28 Dekabr , 2016 01:22
Argentinanın sabiq prezidenti korrupsiyada ittiham olunur

Bakı. 28 dekabr. REPORT.AZ/ Argentinanın sabiq prezidenti Kristina Fernandes de Kirşnerə qarşı korrupsiyaya dair iş üzrə rəsmi ittiham irəli sürülüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, ittihama görə, onun rəhbərliyi dövründə hökumət prezidentin ailəsinə yaxın iş adamları ilə dövlət müqavilələri bağlayıb.

K.Fernandes bundan əvvəl günahsız olduğunu bildirib və ona qarşı yönələn ittihamların siyasi xarakter daşıdığına israr edib. Kristina Fernandes hazırkı prezident Maurisio Makrini ona qarşı iş birliyində ittiham edib.

Son xəbərlər

Orphus sistemi