Yuxarı

Argentinanın keçmiş prezidenti məhkəmə qarşısına çıxarılacaq

Argentinanın keçmiş prezidenti məhkəmə qarşısına çıxarılacaq

Bakı. 6 mart. REPORT.AZ/ Argentinanın keçmiş prezidenti Kristina Fernandes de Kirşner və onun sabiq administrasiyasının yüksək vəzifəli məmurları məhkəmə qarşısına çıxarılacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, 1994-cü ildə Yəhudi Mədəniyyət Mərkəzində baş vermiş partlayışla əlaqədardır. 

Bildirilir ki, federal hakim Klaudio Bonadio işi məhkəməyə işi göndərir. Dinləmələrdə məhkəmə qarşısına Kirşner, sabiq xarici işlər naziri Ektor Timerman və bu iş üzrə digər ittiham edilən şəxslər çıxarılacaq.

Kristina Kirşner, Ektor Timerman cinayəti ört-basdır etmələri ilə bağlı əlbirlər kimi cavab verməli olacaqlar.

"Comercio" nəşrinin məlumatına görə, dinləmənin tarixi hələ təyin edilməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi