Argentinanın Hərbi Dəniz Qüvvələri "San-Xuan" sualtı qayğının məhvini etiraf ediblər

Argentinanın Hərbi Dəniz Qüvvələri "San-Xuan" sualtı qayğının məhvini etiraf ediblər "San-Xuan"ın 44 dənizçisi həlak olmuş sayılır
Digər ölkələr
1 Dekabr , 2017 02:07
Argentinanın Hərbi Dəniz Qüvvələri San-Xuan sualtı qayğının məhvini etiraf ediblər
Naval Base Mar del Plata

Bakı. 1 dekabr. REPORT.AZ/ Argentinanın "San-Xuan sualtı qayığının heyət üzvlərinin xilasetmə əməliyyatı başa çatıb. Bundan sonra qayığın axtarışı davam etdiriləcək.

"Report" "RT en Espanol"-a istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin (HDQ) rəsmi nümayəndəsi Enrike Balbi keçirdiyi xüsusi mətbuat konfransında bildirib.

"Xilasetmə əməliyyatı qurtarıb, indi sualtı qayığın axtarışları davam edir", - deyə Balbi qeyd edib. Beləliklə, "San-Xuan"ın 44 dənizçisi həlak olmuş sayılır.

O, qeyd edib ki, bütün səylərə baxmayaraq, axtarış zonasında qayığın qəzaya uğraması ilə bağlı heç bir sübut tapılmayıb.

Xatırladaq ki, sualtı qayıq noyabrın 17-də itib.

Son xəbərlər

Orphus sistemi