Argentinada təyyarə eniş zamanı dronla toqquşub

Argentinada təyyarə eniş zamanı dronla toqquşub Komandan: "Biz həmişə quşlarla mümkün toqquşmaya hazır oluruq, lakin indiki vəziyyətdə zərbə daha güclü oldu"
Digər ölkələr
12 Noyabr , 2017 04:28
Argentinada təyyarə eniş zamanı dronla toqquşub

Bakı. 12 noyabr. REPORT.AZ/ Argentinada təyyarə Buenos-Ayres hava limanına eniş edən zaman dronla toqquşub.

"Report" "Todo Noticias" nəşrinə istinadən xəbər verir ki, pilotsuz uçan aparat "Aerolineas Argentinas" aviaşirkətinə məxsus təyyarə enişə daxil olan zaman onun burun hissəsinə çırpılıb.

"Biz həmişə quşlarla mümkün toqquşmaya hazır oluruq, lakin indiki vəziyyətdə zərbə daha güclü oldu, dərhal anladım ki, bu nəsə möhkəm obyektdi, o, təyyarənin burnunda rəng izi qoyub", — deyə reysin komandanı Enrike Luis Seqi bildirib.

Son xəbərlər

Orphus sistemi