Yuxarı

Argentinada mülki şəxslərə odlu silah almaq qadağan ediləcək

​Argentinada mülki şəxslərə odlu silah almağı qadağan ediləcək

Argentina hökuməti mülki şəxslərə odlu silah almağı qadağan edəcək.

“Report” xəbər verir ki, bu barədə Argentina Respublikasının Prezidenti Maurisio Makri bəyan edib.

“Biz odlu silahları tamamilə qadağan edəcəyik. Bu gün qanun sizə güllə keçirməyən gödəkçələri və zirehli qapıları dəlib keçəcək silahlar almağa imkan verir. Bu yalnız mafiya və cinayətkarlara fayda gətirir” deyə, prezident əlavə edib.

Prezidentin sözlərinə görə, mülki şəxslərə odlu silah almaq və ya gətirmək, silahı saxlamaq, üstündə gəzdirmək, habelə istehsal etmək qadağan ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi