Argentinada baş vermiş təyyarə qəzası nəticəsində 5 nəfər ölüb

Argentinada baş vermiş təyyarə qəzası nəticəsində 5 nəfər ölüb Ölənlərdən 2-nin uşaq olduğu bildirilir
Digər ölkələr
8 Fevral , 2017 02:05
Argentinada baş vermiş təyyarə qəzası nəticəsində 5 nəfər ölüb

Bakı. 8 fevral. REPORT.AZ/ Argentinada kiçik təyyarə qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər yayıb.

Məlumatda bildirilir ki, hadisə Buenos-Ayres vilayətində, Markos Pas şəhərində baş verib. Təkmühərrikli "Cessna 201" təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub. Ölənlərdən 2-nin uşaq olduğu bildirilir.

Qəza ilə bağlı versiyaya görə, Kanyuelas şəhərindən səmaya qalxan təyyarədə nasazlıq yaranıb. Bu səbəbdən də pilot onu yerə endirməyə çalışıb. Hadisə də bu zaman baş verib.

Digər versiyaya görə, pilot təyyarəni uçuş məntəqəsinə qaytarmaq istəyib. Lakin hava maşını qəzaya uğrayıb.  

Son xəbərlər

Orphus sistemi