Yuxarı

Argentinada ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Argentinada ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Argentinada ağır yol qəzası olub.

Bu barədə “Report” “Nacion” portalına istinadən xəbər verir.

Məlumata görə, hadisə Tukuman əyalətində baş verib. Mendos şəhərindən kurort şəhəri Termas-de-Rio-Ondo istiqamətində hərəkət edən, təqaüdçülərlə dolu sərnişin avtobusu magistral yolda aşıb. Hadisə nəticəsində azı 13 nəfər ölüb, daha 30 nəfər xəsarət alıb.

İlkin məlumata görə, hadisəyə dumanlı hava şəraiti səbəb olub. Nəticədə sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi