Yuxarı

Argentinada 6,2 bal gücündə zəlzələ baş verib

Argentinada 6,2 bal gücündə zəlzələ baş verib
Yeraltı təkanlar yerin 100 km. dərinliyində qeydə alınıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Argentinanın şimal-şərqində güclü zəlzələ baş verib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, yeraltı təkanlar 6,2 bal gücündə olub. Dağıntı və tələfat barədə, hələ ki, məlumat yoxdur.

Zəlzələ yerli vaxtla səhər saat 8-də baş verib. Yeraltı təkanların episentri Çili ilə sərhəddə yerləşən La-Rioxa əyalətində Çilesito departmentindən 26 km. şimalda yerləşib.

Yeraltı təkanlar yerin 100 km. dərinliyində qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi