Aralıq dənizində qaçqınları daşıyan gəmi batıb, 126 nəfər ölüb

Aralıq dənizində qaçqınları daşıyan gəmi batıb, 126 nəfər ölüb Gəmini insan alveri ilə məşğul olan cinayətkar qrup qaçırıb və daha sonra gəmi batıb
Digər ölkələr
20 İyun , 2017 09:57
Aralıq dənizində qaçqınları daşıyan gəmi batıb, 126 nəfər ölüb

Bakı. 20 iyun. REPORT.AZ/ Aralıq dənizinin Liviya sahillərində içərisində 126 qaçqın olan gəmi batıb.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Flavio Di Cakomo “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, miqrantları daşıyan gəminin batması haqda məlumat əldə ediblər. 

İnformasiyaya əsasən, gəmini insan alveri ilə məşğul olan cinayətkar qrup qaçırıb. Daha sonra gəmi batıb. 

Son xəbərlər

Orphus sistemi