Bakı. 15 avqust. REPORT.AZ/ Aralıq dənizində gəminin qəzaya uğraması nəticəsində ən azı 40 miqrant ölüb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
İtaliya Hərbi Dəniz Qüvvələrinin "twitter" səhifəsində yayılan məlumata görə, hazırda xilasetmə əməliyyatı aparılır: "Miqrantların çoxu xilas edilib. Ən azı 40 miqrant həlak olub".
Beynəlxalq Miqrasiya Təşkilatının xəbərinə görə, bu ilin əvvəlindən Aralıq dənizi vasitəsilə Avropaya gəlməyə cəhd göstərən təqribən 188 min miqrant xilas edilib, bu il ərzində dənizdə batan miqrantların sayı isə 2 min nəfəri keçib.