Aralıq dənizində 2 mindən çox miqrant xilas edilib

Aralıq dənizində 2 mindən çox miqrant xilas edilib Ümumilikdə 19 əməliyyat həyata keçirilib
Digər ölkələr
15 Aprel , 2017 01:11
Aralıq dənizində 2 mindən çox miqrant xilas edilib

Bakı. 15 aprel. REPORT.AZ/ Cümə günü Aralıq dənizini keçməyə cəhd göstərən 2 mindən çox miqrant xilas edilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Sahil Mühafizə Xidmətinə (SMX) istinadən "Reuters" məlumat yayıb.

Məlumata görə, ümumilikdə 19 əməliyyat həyata keçirilib.

Eyni zamanda "Sərhədsiz həkimlər" təşkilatı qayıqlardan birində yeniyetməyə məxsus meyitin aşkar edildiyini xəbər verib. İtaliyanın SMX faktı təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi