Yuxarı

Aralıq dənizində 1400-ə yaxın miqrant xilas edilib

Aralıq dənizində 1400-ə yaxın miqrant xilas edilib
Onlar 7 kater və 4 qayıqda olublar

Bakı. 17 yanvar. REPORT.AZ/ İtaliyanın Aralıq dənizi sahillərində yerləşən Siciliya boğazında 1400 nəfərə yaxın miqrant xilas edilib.

"Report" xəbər verir ki, bu barədə İtaliyanın Sahil Mühafizə Xidmətinə istinadən TASS məlumat yayıb.

Əməliyyat İtaliyanın Sahil Mühafizə Xidməti, Avropa İttifaqının "Eunvaformed" missiyası və bir qeyri-hökumət təşkilatı əməkdaşları tərəfindən aparılıb. Əməliyyatların keçirilmə müddəti açıqlanmır. Miqrantları batmaqda olan 7 kater və 4 qayıqdan xilas etmək mümkün olub. Bildirilir ki, qaçqınlar Liviyadan İtaliya sahillərinə gəlməyə çalışıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi