Antonio Quterreş BMT-də terrorizmə qarşı mübarizə idarəsi yaradılmasını təklif edib

Antonio Quterreş BMT-də terrorizmə qarşı mübarizə idarəsi yaradılmasını təklif edib Bu idarəyə baş katibin yeni müavininin başçılıq edəcəyi güman edilir
Digər ölkələr
23 Fevral , 2017 12:13
Antonio Quterreş BMT-də terrorizmə qarşı mübarizə idarəsi yaradılmasını təklif edib

Bakı. 23 fevral. REPORT.AZ/ BMT baş katibi Antonio Quterreş təşkilatda yeni strukturun - terrorizmə qarşı mübarizə idarəsinin yaradılmasını təklif edib.

"Report" xəbər verir ki, o, bu barədə BMT Baş Assambleyasına üzv dövlətlərlə görüşdə bildirib.

Bu idarəyə baş katibin yeni müavininin başçılıq edəcəyi güman edilir.

Qeyd edək ki, hazırda BMT-də Təhlükəsizlik Şurasının Antiterror Komitəsi fəaliyyət göstərir. Bu struktur BMT TŞ-də 2001-ci ildə, ABŞ-da törədilən 11 sentyabr terror aktlarından dərhal sonra yaradılıb.

A.Quterreşin sözlərinə görə, onun təklif etdiyi struktur BMT Təhlükəsizlik Şurasının mövcud strukturlarının işinə müdaxilə və ya onlara kurasiya etməyəcək, sadəcə, təşkilatın baş katibi vasitəsiylə BMT Baş Assambleyasına hesabatlar verəcək.

Son xəbərlər

Orphus sistemi