Anomal leysan yağışları Almaniya paytaxtını iflic edib - VİDEO

Anomal leysan yağışları Almaniya paytaxtını iflic edib - VİDEO Metro stansiyaları və avtoban su altında qalıb
Digər ölkələr
30 İyun , 2017 04:32
Anomal leysan yağışları Almaniya paytaxtını iflic edib - VİDEO

Bakı. 30 iyun. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlində anomal leysan yağışları təcili xidmət orqanlarını fövqəladə vəziyyət rejiminə keçmək məcburiyyətində qoyub.

"Report" xəbər verir ki, nəticədə Berlin metrostansiyalarının bir hissəsi su altında qalıb, iki xətdə isə hərəkət tamamilə dayanıb.

Subasma səbəbindən ölkənin Berlindən keçib gedən və ən çox yüklənən, eyni zamanda gün ərzində 160 minə yaxın avtomobil buraxan "A100" avtobanı bağlanıb.

Son xəbərlər

Orphus sistemi