Angela Merkel Ukraynaya səfər edəcək

Angela Merkel Ukraynaya səfər edəcək Bakı. 30 oktyabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel noyabrın 1-də Ukraynaya səfər edəcək.
Digər ölkələr
30 Oktyabr , 2018 11:38
Angela Merkel Ukraynaya səfər edəcək
Sputnik
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel noyabrın 1-də Ukraynaya səfər edəcək.

Bu barədə "Report" "İnterfaks-Ukrayna"ya istinadən məlumat verir.

Səfər zamanı Almaniya kansleri Ukrayna Baş naziri Vladimir Qroysmanla iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədir.

Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşdə isə A.Merkel ikitərəfli münasibətləri, Ukraynanın şərqindəki münaqişəni və Minsk razılaşmalarının həyata keçirilməsini müzakirə edəcək.

Həmçinin Almaniya kansleri Ali Radanın deputatları və tələbələrlə görüşəcək.

Xatırladaq ki, A.Merkel gələcəkdə kansler vəzifəsinə namizədliyini irəli sürməyəcəyini, eləcə də Bundestaq və digər siyasi vəzifələrə seçkilərdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi