Yuxarı

Angela Merkel Nazirlər Kabineti formalaşdırılana qədər kansler vəzifəsini icra edəcək

Angela Merkel Nazirlər Kabineti formalaşdırılana qədər kansler vəzifəsini icra edəcək
Bu gün Berlində Bundestaqın yeni çağırışının ilk iclası keçiriləcək
© CDU

Bakı. 24 oktyabr. REPORT.AZ/ Almaniya prezidenti Frank-Valter Ştaynmayer kansler Angela Merkeldən yeni Nazirlər Kabineti formalaşana qədər hökumət başçısı vəzifəsini yerinə yetirməyə davam etməyi rəsmi şəkildə xahiş edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu gün Berlində Bundestaqın yeni çağırışının ilk iclası keçiriləcək və parlamentin yeni tərkibi formalaşdıqdan sonra hökumətin və kanslerin səlahiyyət müddəti başa çatacaq.

Almaniya konstitusiyasına görə, kanslerin səlahiyyət müddəti başa çatdıqdan sonra prezidentin tələbi olacağı təqdirdə, o, xələfi təyin olunana qədər vəzifələrini icra etməyə borcludur.

Qeyd edək ki, sentyabrın 24-də Almaniyada keçirilmiş seçkilərdə Angela Merkelin başçılıq etdityi Xristian Demokratik Birliyi (XDB) Bundestaqın 19-cu çağırışında daha çox yerə (26,8%) sahib olub: 709 yerdən 200-nə XDB partiyasının nümayəndələri seçilib. Sosial Demokrat Partiyası (SDP) 20,5% səslə (153 yer) parlamentdə ikinci say çoxluğu əldə etmiş fraksiya olub. "Almaniya üçün alternativ" partiyası (12,6% səs, 94 yer) ilk üçlüyü qapayır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi