Yuxarı

Angela Merkel ev karantinində işləməsindən danışdı

​Angela Merkel ev karantinində işləməsindən danışıb

463

AFR kansleri Angela Merkel bildirib ki, ev karantininə baxmayaraq, videoəlaqə ilə işləməyə davam edir.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Almaniya hökumətinin rəhbəri həmkarlarından ötrü darıxdığını deyib. O, bu haqda cümə axşamı Avropa Birliyi liderlərinin danışıqlarının nəticəsinə əsasən danışarkən bildirib.

Qeyd edək ki, görüş videokonfrans formatında keçirilib. Merkelin nitqini audioformatda Almaniya hökumətinin mətbuat xidməti yayımlayıb.

"Mənim xeyli işim var - videokonfranslar və ya telefon əlaqələri”, - Merkel deyib.

Kansler bildirib ki, o, insanları yaxından görmür və şəxsi əlaqəsi yoxdur.

Merkel onu peyvənd edən həkimdə koronavirus aşkarlandıqdan sonra ev karantininə yollanıb. AFR kansleri artıq iki dəfə koronavirus testindən keçib, hər iki testin nəticəsi mənfi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi