​Angela Merkel: "Ərdoğanla danışığımız konstruktiv keçib"

​Angela Merkel: "Ərdoğanla danışığımız konstruktiv keçib" Biz bütün vacib məsələləri müzakirə etdik
Digər ölkələr
10 İyul , 2016 07:43
​Angela Merkel: Ərdoğanla danışığımız konstruktiv keçib

Bakı. 10 iyul. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ötən gün keçirdiyi danışıqları konstruktiv adlandırıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər yayıb. 

İki liderin danışıqları NATO-nun Varşava sammiti çərçivəsində baş tutub.

"Biz bütün vacib məsələləri müzakirə etdik. Mövcud problemləri həll etmək üçün zəruri olan atmosfer çox konstruktiv və işgüzar idi" – deyə Merkel bildirib.

Almaniya hökumətinin başçısı bildirib ki, fikir ayrılıqları sadəcə müzakirələr yolu ilə aradan qalxmır. "Lakin biz onların müzakirəsini zəruri hesab edirik" – deyə Almaniyanın kansleri əlavə edib.

Qeyd edək ki, iki ölkə rəhbərinin görüşü 45 dəqiqə çəkib. Xarici mətbuatın yazdığına görə, Ərdoğan Almaniya Bundestaqının qondarma erməni soyqırımı ilə bağlı qətnaməsinə təəssüf etdiyini bildirib. Merkel isə bildirib ki, bu qətnamənin iki ölkənin münasibətlərini pozmaması üçün əlindən gələni edib. 

Almaniya kansleri həmçinin Türkiyənin miqrantlarla bağlı öhdəliyi yerinə yetirməsinə məmnunluğunu ifadə edib.  

Son xəbərlər

Orphus sistemi