Angela Merkel "Brexit" məsələsində güzəştə getməyib

Angela Merkel "Brexit" məsələsində güzəştə getməyib Bakı. 15 yanvar. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel Britaniyanın Baş naziri Tereza Meyə Brexit məsələsi ilə bağlı hər hansı əlavə güzəştə gedə biləcəklərini bildirməyib.
Digər ölkələr
15 Yanvar , 2019 15:30
Angela Merkel Brexit məsələsində güzəştə getməyib

Bakı. 15 yanvar. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel Britaniyanın Baş naziri Tereza Meyə "Brexit" məsələsi ilə bağlı hər hansı əlavə güzəştə gedə biləcəklərini bildirməyib.

“Report” bu barədə “Reuters”ə istinadən xəbər verir.

“Almaniya kansleri dekabr ayında Avropa Şurası tərəfindən müzakirə edilən, habelə Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerin, Avropa Şurasının prezidenti Donald Tuskun məktublarında göstərilənlərdən savayı, hər hansı zəmanət verməyib”, - Almaniya hökumətinin nümayəndəsi qeyd edib.

Xatırladaq ki, bu gün Böyük Britaniya Parlamentində Avropa İttifaqı üzvlüyündən martın 29-da çəkilməsi sazişilə bağlı son səsvermə keçiriləcək. Baş nazir Tereza Mey ikinci dəfə müzakirəyə çıxartmaları üçün deputatları razı saldığı bu sazişin aqibəti həll olunacaq. Hərçənd “Daily Telegraph”a görə, təklif olunan saziş həm müxalifət, həm də Mühafizəkarlar Partiyası üzvlərinin üçdə birinə qədəri tərəfindən rədd edilir.

Son xəbərlər

Orphus sistemi